"Hayduk" Bakıya ciddi itki ilə gələcək

  • Dünən, 16:05

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Zirə” ilə qarşılaşacaq Xorvatiya “Hayduk”unun əsas müdafiəçisi Filip Uremoviç iyulun 24-də keçiriləcək ilk oyunu buraxacaq.

Sportlife.az xəbər verir ki, səbəb 28 yaşlı xorvatiyalı futbolçunun cəzalı durumda olmasıdır.

O, 2024-cü il avqustun 15-də Slovakiya “Rujomberok”una qarşı Konfrans Liqasının III təsnifat mərhələsinin cavab görüşünün 90+9-cu dəqiqəsində qırmızı vərəqə alıb.

Uremoviç isə 1 oyunluq diskvalifikasiya ilə üzləşib. O, cəzasını Bakıdakı ilk oyunda çəkəcək və iyulun 31-də cavab görüşündə meydana çıxa biləcək.


Paylaş: