Azərbaycanlı iş adamı Türkiyədə klub aldı

  • Dünən, 15:34

Türkiyə I Liqasının debütantı "Serik Bələdiyyəspor"un səhmləri satılıb.

Sportlife.az ajansspor-a istinadən xəbər verir ki, klubun hissələrinin 50 faizinə azərbaycanlı iş adamı sahib çıxıb.

Adı açıqlanmayan həmyerlimizin bunun üçün 4 milyon avro ödəyəcəyi bildirilib. O, əvvəlcə "Antalyaspor"a müraciət etsə də, "qırmızı-ağlar"ın səhmlərinin paylanılması səbəbindən anlaşma reallaşmayıb.

Nəticədə iş adamı bölgənin digər təmsilçisi "Serik Bələdiyyəspor"a üz tutub. Tərəflər arasında iki həftə davam edən danışıqlar prosesində son addım iyunun 17-də atılıb.

Azərbaycanlı iş adamı klubu yenidən qurmağa başlayacaq. O, baş məşqçi Mehmet Altıparmakın istefaya göndərilməsindən sonra sükan arxasına əvvəllər Rusiya Premyer Liqası komandalarından birinə rəhbərlik etmiş mütəxəssisi gətirəcək.


Paylaş: