Azərbaycanda işləmiş məşqçi Çempionşipdə

  • Dünən, 18:52

İngiltərənin "Şeffild Yunayted" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Sportlife.az xəbər verir ki, Çempionşip təmsilçisini Ruben Selles çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İspaniyalı mütəxəssislə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Ruben Selles daha əvvəl Azərbaycanda çalışıb. O, 2012-2014-cü illərdə "Neftçi"də, 2015-2017-ci illərdə isə "Qarabağ"da köməkçi məşqçi vəzifəsini yerinə yetirib. Onun son iş yeri "Hall Siti" olub.


Paylaş: