
Runi məşqçiliyə qayıtmaq istəmir
“Mançester Yunayted”in keçmiş futbolçusu Ueyn Runi tezliklə məşqçiliyə qayıtmaq fikrində olmadığını açıqlayıb.
Sportlife.az xəbər verir ki, o, hazırda sadəcə televiziyada işləyini və işini sevdiyini bildirib.
Qeyd edək ki, Runi 2019-cu ildə "Derbi Kaunti"nin məşqçilər heyətinə qatılıb, sonra isə klubun baş məşqçisi vəzifəsində çalışıb. O, həmçinin "D.C. Yunayted" və "Birmingem Siti" yə də rəhbərlik edib.