
MS yeni qapıçısını tapdı
“Mançester Siti” qapıçı Dioqu Koştanın transferi ilə bağlı “Portu” ilə danışıqlarda irəliləyiş əldə edib.
Sportlife.az xəbər verir ki, 25 yaşlı futbolçunun satınalma məbləği 75 milyon avrodur və "şəhərlilər" bunu ödəməyə hazırdır. Futbolçunun özü də İngiltərəyə köçməyə hazırdır.
Koştanın "Portu" ilə müqaviləsi 2027-ci ilə qədərdir. 2024/25 mövsümündə qapıçı 43 oyun keçirib və 45 qol buraxıb, 19 matçda qapısını toxunulmaz saxlayıb.