Müller transfer qiymətlərini tənqid etdi

  • Bu gün, 11:32

"Bavariya"nın hücumçusu Tomas Müller futbolda müasir transfer qiymətlərini tənqid edib.

Sportlife.az xəbər verir ki, 35 yaşlı futbolçu qiymətləri şişirdilmiş və absurd adlandırıb.

"150 milyon avro nədir? Bu, sürrealdır. Bu, sadəcə, klublar arasında aparılan danışıqlarda bir rəqəmdir. 150 milyonun nə demək olduğunu kim başa düşə bilər? Bu pula Neymarı ala bilməzsən, amma çoxlu sayda ağac əkə bilərsən. Belə bir məbləği necə obyektiv qiymətləndirə bilərsən? Çox faydalı işlər görə bilərsən".

Qeyd edək ki, hazırkı transfer rekordu braziliyalı Neymara məxsusdur. 2017-ci ildə PSJ onun transferi üçün "Barselona"ya 222 milyon avro ödəyib.


Paylaş: