
Qriliş üçün son tarix
"Mançester Siti" yarımmüdafiəçi Cek Qrilişin satışı üçün son tarix təyin edib.
Sportlife.az xəbər verir ki, klub mövsümöncəsi təlim-məşq toplanışına qədər futbolçunun gələcəyi ilə bağlı problemi həll etməyə çalışır.
Transferlə bağlı əsas çətinlik bir çox klubun "şəhərlilər"in irəli sürdüyü maliyyə şərtlərini yerinə yetirməyə hazır olmamasıdır.
"Napoli"nin 29 yaşlı futbolçunun xidmətində maraqlı olsa da, sonradan maliyyə məsələsinə görə geri addım atıb.