
"Real"ı London klubuna dəyişir
"Real"ın hücumçusu Rodriqo İngiltərəyə köçə bilər.
Sportlife.az xəbər verir ki, braziliyalı forvard "Arsenal"ın maraq dairəsindədi. Futbolçunun özü də yay transfer pəncərəsində Madrid klubundan ayrılmaq istəyir.
Rodriqo "Real"a 2019-cu ilin yayında "Santos"dan keçib. Bu mövsüm o, bütün turnirlərdə 50 oyun keçirib, 13 qol vurub və 10 məhsuldar ötürmə edib.