"Real"ın məsələsinə CAS baxacaq

  • Dünən, 17:07

İdman Arbitraj Məhkəməsi (CAS) "Real"ın teliziyasında hakimləri tənqid edən videoçarxın yayımlanması ilə bağlı işin araşdırılmasına başlayacaq.

Sportlife.az xəbər verir ki, La Liqa inzibati mübahisələr üzrə məhkəmədə apellyasiya şikayətini qazandığı üçün bundan sonra işə CAS baxa biləcək.

Bundan əvvəl klubun kanalı İspaniya Kubokunun finalında "Barselona” ilə matçın hakim Rikardo De Burqos Benqoeçeanı tənqid edən video yayımlamışdı.


Paylaş: