
Tete Londonda qaldı
"Fulhem" müdafiəçisi Kenni Tete ilə müqaviləni yeniləyib.
Sportlife.az xəbər verir ki, niderlandlı futbolçu 2028-ci ilin yayına qədər London klubunda qalacaq.
29 yaşlı oyunçunun "Everton"a keçidi gündəmdə olsa da, sonra hazırkı komandasında qalmağa qərar verib.
Tete ötən mövsüm 22 matçda 2 məhsuldar ötürmə edib. Qiyməti 13 milyon avrodur.