
Yenə MY, yenə antirekord
Avropa Liqasının finalında “Tottenhem”ə 0:1 hesabı ilə uduzan “Mançester Yunayted”in bu mövsüm bütün turnirlərdə 20-ci məğlubiyyətini alıb.
Sportlife.az xəbər verir ki, "qırmızı şeytanlar" 1973/74 mövsümünün antirekordunu təkrarlayıblar. Həmin vaxt Mançester təmsilçisi İngiltərənin yüksək divizionundan aşağı liqaya düşmüşdü.
“Mançester Yunayted” ardıcıl ikinci Avropa finalında məğlub olub. Komanda 2021-ci ildə yenə Avropa Liqasının finalında “Vilyarreal”a uduzmuşdu (1:1, pen. - 10:11).