
"Yuvesntus"dan Premyer Liqa klubuna
"Vest Hem" yay transfer pəncərəsində "Yuventus"un yarımmüdafiəçisi Nikolas Qonzalesi transfer edə bilər.
Sportlife.az xəbər verir ki, İtaliya klubu 27 yaşlı argentinalı ilə 26 milyon avroya yollarını ayırmağa hazırdır. "Vest Hem" Qonzalesi "Tottenhem", "Nyukasl" və "Çelsi" nin maraqlandığı yarımmüdafiəçi Məhəmməd Kudusun potensial əvəzləyicisi hesab edir.
Qeyd edək ki, 2024/25 mövsümündə Qonzales bütün turnirlərdə 35 matçda 5 qol vurub və 4 məhsuldar ötürmə edib.