Balotelli Türkiyə klubundan şikayət etdi

  • Bu gün, 15:44

"Cenoa”nın hücumçusu Mario Balotelli keçmiş klubu “Adana Dəmirspor”dan ödənişlər əldə edib.

Sportlife.az xəbər verir ki, elə də uzun sürməyən işbirliyi nəticəsində Türkiyə klubunun italiyalı futbolçuya 3 milyon avro borclu qaldığı məlum olub.

Balotelli FİFA Arbitraj Məhkəməsinə müraciət edib və klubu pulu ödəməyə məcbur edib. “Adana Dəmirspor”un rəsmiləri hələlik vəziyyətlə bağlı açıqlama verməyib.

Balotelli Adana klubunda 2021/22 və 2023/24 mövsümlərində forma geyinib.


Paylaş: