
DÇ-2026: Əliyar Ağayev təyinat alıb
FİFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.
Sportlife.az xəbər verir ki, o, DÇ-2026-nın seçmə mərhələsinin K qrupu çərçivəsində keçiriləcək Serbiya – Andorra qarşılaşmasının baş hakimi olacaq.
Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.
Matçın VAR hakimləri italiyalı Canluka Aureliano və Valerio Marini olacaqlar.
İyunun 10-da Leskovaç şəhərində yerləşən “Duboçiça” stadionunda keçiriləcək oyun saat 22:45-də başlayacaq.