Millətlər Liqasını kim qazanacaq?

  • Bu gün, 10:39

Bu gün UEFA Millətlər Liqasının qalibi müəyyənləşəcək.

Sportlife.az xəbər verir ki, əvvəlcə üçüncü yer uğrunda görüş keçiriləcək. Almaniya ilə Fransa arasında baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

Turnirin final oyununda isə İspaniya və Portuqaliya milliləri üz-üzə gələcəklər. Bu matç isə Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Paylaş: