
Konte onunla şəxsən maraqlanır
"Çelsi”nin müdafiəçisi Trevo Çaloba karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Sportlife.az xəbər verir ki, son mövsümdə A Seriyasının çempionu olan “Napoli” 25 yaşlı oyunçunun transferində maraqlıdır. Komandanın baş məşqçisi Antonio Konte Çalobanın xidmətində şəxsən maraqlıdır.
İngiltərəli futbolçunun “Çelsi” ilə müqaviləsinin müddəti 2028-ci ilin ortalarına kimidir. O, 2024/25 mövsümündə 33 oyunda iştirak edib, 3 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.