Neymad koronavirusa yoluxdu

  • Bu gün, 14:06

"Santos”un hücumçusu Neymar xəstəliyi səbəbindən komanda ilə məşq etmir.

Sportlife.az xəbər verir ki, forvarda koronavirus diaqnozu qoyulub. Futbolçuda xəstəliyin ilk əlamətləri müşahidə olunub və dərhal ümumi qrupdan çıxarılaraq müalicəyə göndərilib. Neymar cümə axşamından bəri komanda ilə məşq etmir. Braziliyalı hücumçunun sağalma müddəti hələ məlum deyil.

Neymarın “Santos”la hazırkı müqaviləsi iyunun 30-da başa çatır. O, 2024/25 mövsümündə Braziliya çempionatında 11 oyun keçirib, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.


Paylaş: