
İngiltərə klubunda yeni müqavilə
İngiltərənin "Tottenhem" klubu müqaviləsi mövsümün sonunda başa çatan Ben Deyvislə bağlı qərar verib.
Sportlife.az xəbər verir ki, Avropa Liqasının qalibi uelsli mərkəz müdafiəçisinin sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
32 yaşlı futbolçu 2025/2026 mövsümünün sonuna kimi London klubunda qalacaq.
Qeyd edək ki, "Tottenhem" Ben Deyvisi 2014-cü ilin yayında "Suonsi"dən transfer edib. Uels millisinin üzvü ötən mövsüm Premyer Liqa təmsilçisinin heyətində 28 rəsmi matçda meydana çıxıb.