Santuşun mətbuat konfransı keçiriləcək

  • Bu gün, 14:42

Yoldaşlıq görüşü çərçivəsində iyunun 10-da, “Liv Bona Dea Arena”da keçiriləcək Azərbaycan – Macarıstan oyunu öncəsi təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı müəyyənləşib.

Sportlife.az xəbər verir ki, əvvəlcə Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş media nümayəndələrinin qarşısına çıxacaq:

9 iyun

Azərbaycan milli komandası

16:15. Mətbuat konfransı

17:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Macarıstan milli komandası

18:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

19:45. Mətbuat konfransı

Qeyd: Bütün tədbirlər oyunun keçiriləcəyi stadionda baş tutacaq.


Paylaş: