Millimiz EEVZA-da 5-ci oldu

  • Bu gün, 11:08

Çimərlik voleybolu üzrə 18 yaşadək oğlanlardan ibarət Azərbaycan millisi Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatını beşinci pillədə başa vurub.

Sportlife.az xəbər verir ki, komanda Latviyanın Cesis şəhərində keçirilən yarışın 1/4 finalında Latviyaya uduzub.

İbrahim Məmmədov və Muhəmməd Aslanlıdan ibarət kollektiv qrupda Latviya və Estoniyaya, pley-offda Litvaya qalib gəlmişdi.

Azərbaycanın qızlardan ibarət U-18 yığması isə mübarizəni qrup mərhələsində dayandırıb. Bununla da hər iki yığmamız Avropa çempionatına vəsiqə qazana bilməyib.


Paylaş: