Karateçilərimiz Fransada 5 medal qazandılar
Azərbaycan karateçiləri Fransada keçirilən “Marsel Open” turnirində 5 medal qazanıblar.
Sportlife.az xəbər verir ki, yığma üzvləri 2 qızıl, 1 gümüş, 2 bürünc mükafata yiyələniblər.
Asiman Qurbanlı (+84 kq) boyüklər, Əzim Rahib (+76 kq) gənclər arasında turnirin qalibi olublar.
Böyüklərdə Turqut Həsənov (84 kq) və Mədinə Sadiqova (55 kq) bürünc, gənclərdə isə Rəşid Süleymanov (76 kq) gümüş medal qazanıblar.