Azərbaycan – İrlandiya oyununun biletləri satışa çıxarılıb

Azərbaycan – İrlandiya oyununun biletləri satışa çıxarılıb

  • 20 Sentyabr 2021, 11:58

DÇ-2022-nin seçmə məhələsi çərçivəsində keçiriləcək Azərbaycan – İrlandiya oyununun biletləri bu gündən satışa çıxarılıb.

Bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Koronavirus pandemiyası ilə əlaqədar qarşılaşmaya stadionun azarkeş tutumunun 50 faizi qədər azarkeş buraxılacaq.

Biletlərin qiymətləri kateqoriyalara uyğun olaraq 2, 5, 10 və 15 AZN-dir.

Görüş oktyabrın 9-da, saat 20:00-da, Bakı Olimpiya Stadionunda keçiriləcək.

Azərbaycan millisi DÇ-2022-nin A qrupunda 1 xalla sonuncudur. Yığma yeganə xalını məhz İrlandiya ilə səfər matçında qazanıb – 1:1.

 

oktyabrın 9-da, saat 20:00-da, Bakı Olimpiya Stadionunda keçiriləcək


Paylaş: