Millimizin üzvü məğlubiyyətə üzüldü

  • Bu gün, 11:12

Niderland Erediviziyasında 26-cı turun oyunları keçirilir.

Sportlife.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Ozan Can Kökçünün çıxış etdiyi “Volendam” bu turda “Neymegen”in qonağı olub və 0:3 hesabıyla uduzub.

Kökçü start heyətdə meydana çıxıb və 84-cü dəqiqədə əvəzlənib.

“Volendam” hazırda 27 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.


Paylaş: