“Bilirdim ki, Azərbaycanın yüksək səviyyəli liqası var”
“Səbail”in yeni transferi Florian Kadriu klubun saytına müsahibə verib.
Sportlife.az həmin müsahibəni təqdim edir:
- “Səbail”ə xoş gəlmisən! Yeni komanda ilə müqavilə imzaladın. Nə hisslər keçirirsən?
- Öncə, mənə inandığınıza görə təşəkkür edirəm. Burada olmağıma çox şadam, keçirdiyim hissləri dillə ifadə etmək mümkün deyil. Çox sevinirəm.
- “Səbail”ə gəlməmişdən öncə Azərbaycan Premyer Liqasından nə məlumatın var idi?
- Bilirdim ki, Azərbaycanın yüksək səviyyəli liqası var. Burada oynayan həmyerlilərim liqanın güclü olduğunu bildirmişdilər.
- Öz oyun tərzini necə təsvir edə bilərsən?
- Oyunda sürətə və fərdi ustalığa daha çox güvənirəm.
- Yaxınların səni necə çağırır?
- Yaxınlarım məni Landi çağırır.
- Mövsümə 21.08.2020-ci il tarixində start verilir. Mövsümdən həm şəxsi, həm də, komandadan gözləntilərin nədir?
- İnanıram ki, mövsümə qələbələrlə başlaya biləcəyik. Komanda ilə birlikdə klubun ambisiyalarını doğrultmağa çalışacağıq. Özüm şəxsən, ən yaxşı oyunumu göstərmək üçün əlimdən gələni edəcəyəm.
- “Səbail”in azarkeşlərinə ismarıcın nədir?
- Azakeşlərə ismarıcım odur ki, sizi məmnun etmək üçün ən yaxşı oyunumu göstərəcəm. Sizin dəstəyiniz çox vacibdir, komanda üçün 12-ci oyunçusunuz. Sizsiz futbolu təsəvvür etmək çox çətindir. Öz oyunumla sizə zövq yaşatmağa çalışacağam. Sizin üçün hər oyunda qol vurmaq üçün əlimdən gələni edəcəm.