Şahmatçımız dünya çempionatında bürünc medal qazandı

  • 13 İyun 2024, 15:32

Azərbaycan şahmatçısı Ayan Allahverdiyeva Hindistanın Qandinaqar şəhərində təşkil edilən şahmat üzrə gənclər arasında dünya çempionatında bürünc medal qazanıb.

Sportlife az xəbər verir ki, təmsilçimiz 11 turda 8,5 xal toplayaraq üçüncü yeri tutub.

Digər şahmatçılarımızdan Nərmin Abdinova və Səbinə Rzalı mükafatçılar sırasına düşə bilməyiblər.

Qeyd edək ki, İsveçrə sistemi ilə keçirilən yarışda 44 ölkədən 102 şahmatçı mübarizə aparıb. A.Allahverdiyeva ötən il 18 yaşadək şahmatçılar arasında keçirilən dünya çempionatının qızıl medalını qazanıb.


Paylaş: