Dünya çempionatında ilk medal
Azərbaycan taekvondoçusu Həşim Məhəmmədov (58 kq) Çinin Uşi şəhərində keçirilən dünya çempionatında medal qazanıb.
Sportlife.az xəbər verir ki, 26 yaşlı idmançı turnirdə bürünc mükafata sahib çıxıb. Bu, yığmanın mundialda ilk medalı olub.
Paris-2024 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı yarışın yarımfinalında məğlub olub.
Qeyd edək ki, Azərbaycan dünya çempionatında 9 taekvondoçu ilə təmsil olunur.