Polşada 3 medal

  • Dünən, 13:56

Taekvondo üzrə böyüklərdən ibarət milli komandamız 20-21 sentyabr tarixlərində Polşada keçirilən “Polish Open” beynəlxalq turnirində uğurla çıxış edib/

Sportlife.az xəbər verir ki, yığmamız turnirdə 1 qızıl və 2 bürünc medal qazanıb.

Komandamızın üzvü Minayə Əkbərova (46 kq) bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb. Millimizin digər üzvləri Paris-2024 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Həşim Məhəmmədov (63 kq) və Cavad Ağayev (80 kq) isə bürünc medallara sahib olublar.


Paylaş: