Millimiz yenə məğlub oldu

  • 12 Yanvar 2024, 21:33

20 yaşadək oğlanlardan ibarət voleybol millimiz Polşada keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında 2-ci oyunda da uduzub.

Sportlife.az xəbər verir ki, Səbuhi Əliyevin çalışdırdığı komandamız Ukrayna ilə üz-üzə gəlib.

Rəqiblər bacara bilməyən voleybolçularımız yekunda hər 3 setdə məğlub olublar - 0:3 (23:25, 9:25, 17:25).

Qeyd edəki ki, komandamız ötən gün Estoniyaya da eyni hesabla uduzub.


Paylaş: