Çempionlar Liqasında son turun ən gözəl qolu - VİDEO

Çempionlar Liqasında son turun ən gözəl qolu - VİDEO

  • 12 Dekabr 2017, 19:17

UEFA Çempionlar Liqasında qrup mərhələsinin son turunun ən yaxşı qolu müəyyənləşib. Sportlife.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, azarkeşlər arasında aparılan sorğunun nəticəsinə əsasə, son turun ən gözəl qolunun müəllifi “Liverpul”un hücumçusu Sadio Mane olub.

Seneqallı hücumçunun Moskva “Spartak”ı ilə qarşılaşmada (7:0) vurduğu qol 31,3 faiz səs toplayıb.

O, “Real”ın hücumçusu Kriştianu Ronaldo (31,1 faiz) və “Şaxtyor”un yarımmüdafiəçisi Bernardı (14 faiz) geridə qoyub.


Paylaş: