Con Terri “Spartak”ı da bəyənmədi

Con Terri “Spartak”ı da bəyənmədi

  • 13 Sentyabr 2018, 14:16

İngiltərə yığmasının sabiq futbolçusu Con Terrinin Rusiyanın “Spartak" (Moskva) klubu ilə danışıqlar apardığı xəbərini vermişdik.

Sportlife.az xəbər verir ki, 37 yaşlı futbolçu “Spartak”la razılaşmadıqlarını açıqlayıb. Bu barədə futbolçu “İnstagram” hesabından məlumat verib.

Terri paylaşımında “Spartak”a onu transfer etmək istədikləri üçün təşəkkür edib:

“Uzun müddət düşündükdən sonra “Spartak”a getməməyə qərar verdim. Onlara təşəkkür edirəm. Ailəmlə görüşdükdən sonra Rusiyaya getməyin yaxşı qərar olmadığını düşündük".

Terri bir müddət əvvəl "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Sportinq"in də təklifini qəbul etməmişdi.

“Çelsi”nin yetirməsi olan Terri, 17 il “zadəganlar”da forma geyindikdən sonra “Aston Villa”ya keçmişdi. O, bir müddət əvvəl Çempionşip təmsilçisi ilə müqaviləsini ləğv edib və hazırda azad agent statusu daşıyır.


Paylaş: