AFFA-dan daha bir kluba texniki məğlubiyyət

AFFA-dan daha bir kluba texniki məğlubiyyət

  • 21 Fevral 2018, 14:53

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Sportlife.az xəbər verir ki, aparılan müzakirələrdən sonra aşağıdakı qərarlar çıxarılıb.

Regional Liqasında “Ümid” (Bakı) – “Şağan” (Bakı) matçının 60-cı dəqiqəsində “Şağan” meydanı özbaşına tərk etdiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

Regional Liqasında “Gənclik” (Sabirabad) – “Neftçala” (Neftçala) matçının 75-ci dəqiqəsində “Gənclik”in futbolçusu Amid Zeynalov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

Regional Liqasında “Şirvan” (Ağdaş) – “Kürmük” (Qax) matçının 81-ci dəqiqəsində “Şirvan”ın futbolçusu Şahin Cəfərov aqressiv davranış, rəqibə bilərəkdən zərbə endirdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb. Oyunun 90+1-ci dəqiqəsində “Şirvan”ın futbolçusu Teymur Həbibov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Regional Liqasında “Xəmsə” (Gənclik) – “Şəmkir” (Şəmkir) matçının 81-ci dəqiqəsində “Xəmsə”nin futbolçusu Asif Əhmədov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Gənclər Liqasında “Zirə” – “Qəbələ” matçının 67-ci dəqiqəsində “Zirə”nin futbolçusu Rahid Ağazadə kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

U-17 Liqasında “Kəpəz” – “Xəzər Lənkəran” matçının 89-cu dəqiqəsində “Kəpəz”in futbolçusu Nicat Məmmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-17 Liqasında “Qarabağ” – “Neftçi” İK İB matçının 89-cu dəqiqəsində “Neftçi” İK İB klubunun futbolçusu Aqşin Eyyubov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-16 Liqasında “Keşlə” – “Zirə” matçının 63-cü dəqiqəsində “Zirə”nin futbolçusu Rüstəm Rüstəmov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

U-16 Liqasında “Vətən” – “Turan” matçının 37-ci dəqiqəsində “Turan”ın futbolçusu Mirxan Hümmətov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-15 Liqasında “Zirə” – “Neftçi” matçının 65-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Polad Mirzəyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-10 Liqasında “Göyçə” (Bakı) – “Təhsil” FM (Bakı) matçında “Göyçə” komandası iştirak etmədiyinə görə, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib. Bu hall 3-cü dəfə təkrarlandığı üçün klub yarışlardan kənarlaşdırırlıb.

Futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsinin “VİPEK” – “Obolon” İK matçının 10-cu dəqiqəsində “VİPEK” klubunun futbolçusu Fuad Rzayev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsinin “Ulduz” – “LSS” matçının 44-cü dəqiqəsində “Ulduz”un futbolçusu Fuad Kişiyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.


Paylaş: