Azərbaycan - Norveç: Hakim təyinatları açıqlandı
Azərbaycanın U-21 millisinin Norveç yığması ilə keçirəcəyi Avropa çempionatının seçmə mərhələ oyununa hakim təyinatları açıqlanıb.
Sportlife.az UEFA-nın saytına istinadən xəbər verir ki, görüşü San Marinodan olan hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Barbeno Luka olacaq. Françesko Lunardon və Salvatore Tuttifrutti yan xətt hakimləri, Mişel Skarpino isə dördüncü hakim kimi meydana çıxacaq.
Sentyabrın 11-də “Dalğa Arena”da keçiriləcək Azərbaycan-Norveç matçı saat 20:00-da başlayacaq.