Avropa birinciliyində 3 medal

  • 24 İyul 2025, 15:53

Azərbaycan ağırlıqqaldıranı Musab Məmmədtağıyev İspaniyanın paytaxtı Madriddə keçirilən U-15 və yeniyetmələr arasında Avropa birinciliyində 2 qızıl, 1 gümüş medal qazanıb.

Sportlife.az xəbər verir, 2-ci yarış günündə Musab Məmmədtağıyev U-15 kateqoriyasında mübarizə aparıb. 56 kq çəki dərəcəsində yarışan təmsilçimiz birdənqaldırma hərəkətində 93 kq nəticə göstərərək qızıl medala sahib olub. Musab təkanlaqaldırma hərəkətində də uğurla çıxış edib. O bu dəfə 109 kq çəkini başı üzərinə qaldıraraq gümüş medala layiq görülüb.

Beləliklə, iki hərəkətin cəmində 202 kq nəticəyə imza atan atletimiz Avropa birinciliyinin qalibi adını qazanıb.


Paylaş: