
İdmançılarımız Dünya Kubokunda
Parapauerliftinq üzrə Azərbaycan yığması mayın 10-12-də Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək Dünya Kubokunda iştirak edəcək.
Bu barədə Sportlife.az-a Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Yarışda kişi idmançılarımızdan Pərvin Məmmədov (49 kq), Rəsul Zəkiyev (88 kq), Şamo Aslanov (+107 kq) və Talib Zeynalov (+107 kq), qadınlardan isə Zəhra Dadaşova (61 kq) ilə Leyla Kərimova (73 kq) mübarizə aparacaqlar.