Avropa Liqası: "Qarabağ" ən yaxşı formada olan komandalar sırasında

  • 13 Mart 2024, 16:53

"Qarabağ" UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ən yaxşı formada olan komandaları siyahısında ilk "5-lik"dədir.

Sportlife.az qurumun sosial şəbəkə hesablarına istinadən xəbər verir ki, Ağdam təmsilçisi son 5 oyunda bütün turnirlər daxil olmaqla yüksək nəticələr göstərən klubların siyahısında yer alıb.

"Köhlən atlar" yalnız son 5 görüşdə qələbə qazanan "Marsel"dən (Fransa) geri qalır. Ağdam təmsilçisi İngiltərənin "Liverpul", Almaniyanın "Bayer 04" klubları ilə 2-4-cü pilləni bölüşdürür. Hər 3 komandanın hesabında 4 qələbə və 1 heç-heçə var.


Paylaş: