"Bayer" - "Qarabağ": HEYƏTLƏR

  • 14 Mart 2024, 23:13

Almaniyada UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda üz-üzə gələcək "Bayer" və "Qarabağ"ın start heyətləri bəlli olub.

Sportlife.az xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar.

"Bayer": Matey Kovar, Pyero İncape, Odilon Kossunu, Yonas Hofmann, Robert Endrix, Borxa İqlesias, Florian Virts, Edmond Tapsoba, Amin Adli, Ceremi Frimponq, Qranit Caka.

"Qarabağ": Andrey Lunyov, Elvin Cəfərquliyev, Bədavi Hüseynov, Julio Romao, Yassin Benzia, Marko Yankoviç, Abdullah Zubir, Bəhlul Mustafazadə, Leandro Andrade, Marko Veşoviç, Juninyo.

Qeyd edək ki, bu gün Leverkuzen şəhərindəki "BayArena"da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. İlk matçda heç-heçə qeydə alınıb - 2:2.


Paylaş: