Qurban Qurbanov: “Bayer”lə Bakıdakından daha yaxşı oynamağa çalışacağıq”

  • 12 Mart 2024, 18:11

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının 1/8 final mərhələsində qarşılaşacaqları “Bayer” ilə cavab matç üçün Almaniyaya yollanarkən Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlama verib.

Sportlife.az-ın əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik.

"Oyuna pis hazırlaşmamışıq. Mütləq şəkildə çalışmalıyıq ki, Bakıdakından daha yaxşı oynayıb, daha çox güc sərf edək. Yaxşı nəticə əldə etməyi çox istəyirik. Sona kimi mübarizə aparacağıq. Təbii ki, ehtiyac yaransa,  Kevin Medina da oyunda iştirak edəcək. Amma o, hələ də öz formasında deyil. Bu cür sürətli matçlarda əziyyət çəkə bilər. Digərlərinin də qayıtması isə əlavə üstünlükdür. İstənilən an bəzi rotasiyalar edə bilərik. Juninyoda vəziyyət ümumi olaraq pis deyil. Dünən və bu gün fərdi məşqlər edib. Yenə də sabah oyun gününə kimi gözləyəcəyik. Həkimlərlə məsləhətləşib, qərar verəcəyik” - deyə Qurbanov bildirib.

Qeyd edəki, “Bayer” - “Qarabağ “qarşılaşması 15 mart Bakı vaxtı ilə 00:00-da Leverkuzendə “BayArena”da start götürəcək. İlk görüş 2:2 hesabı ilə başa çatıb.


Paylaş: