Azərbaycan kubokunda bu gün daha dörd oyun oynanılacaq
Bu gün Azərbaycan Kubokunda II təsnifat mərhələsinin növbəti oyunları keçiriləcək.
Sportlife.az xəbər verir ki, ikinci oyun günündə daha dörd matç baş tutacaq.
Premyer Liqa klublarından “Araz-Naxçıvan” “Şahdağ Qusar”la, "Kəpəz" "Ağdaş"la, "Səbail" isə "Dinamo" ilə üz-üzə gələcək.
Günün ilk görüşündə I Liqada çıxış edən MOİK "Şimal"ı sınağa çəkəcək.
29 oktyabr
14:00. MOİK – “Şimal”
Hakimlər: Namiq Bəkirov, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Murad Səlimov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
“Kapital Bank Arena” (ehtiyat meydan)
16:00. “Şahdağ Qusar” – “Araz-Naxçıvan”
Hakimlər: Əli Əliyev, Zöhrab Abbasov, Rəhman Aslanov, Niyaz Əhmədov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
“Liv Bona Dea Arena”
16:00. “Ağdaş” – “Kəpəz”
Hakimlər: Səbuhi Bayramov, Sənan Atayev, Rasim Axundov, Əkbər Əhmədov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Tovuz şəhər stadionu
18:00. “Dinamo” – “Səbail”
Hakimlər: Ruslan Quliyev, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Fərid Hacıyev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“ASCO Arena”