
Azərbaycan Premeyer Liqası: "Qəbələ"dən 5 cavabsız qol
Azərbaycan Premyer Liqasının 4-cü turunda "Qəbələ" doğma meydanda "Səbail"i darmadağın edib.
Rəqibini 5:0 hesabı ilə məğlub edən Elmar Baxşıyevin komandası turnir cədvəlində liderliyə yüksəlib.
"Qırmızı-qaralar"ın heyətində 65-ci dəqiqədə Rövlan Muradov hesabı açıb. 83-cü dəqiqədə Ülvi İsgəndərov fərqi iki topa çatdırıb.
İki dəqiqə sonra "Səbail"in yarımmüdafiəçisi Ədilxan Qarəhmədov ikinci sarı vərəqəni alaraq meydandan qovulub. 89-cu dəqiqədə Ehtiram Şahverdiyev baxımlı qola imza atıb. Əlavə olunmuş birinci dəqiqədə Rafael Utriq topu paytaxt klubunun qapısından keçirib, 90+4-ci dəqiqədə isə İsnik Alimi matçda son nöqtəni qoyub.
Günün digər oyununda "Zirə" "Sabah"ı qəbul edəcək. Sentyabrın 19-da "Neftçi" "Keşlə" ilə qarşılaşacaq. Tura sentyabrın 20-də keçiriləcək "Qarabağ" - "Sumqayıt" görüşü ilə yekun vurulacaq.