İDDİA: Kadi "Qarabağ"a qayıtmaq üçün maaşını azaltmağa hazırdır

  • 11 Aprel 2024, 13:54

"Qarabağ" "Krasnodar" klubunun yarımmüdafiəçisi Kadi Borxesə illik 1,2 milyon avro təklif etməyə hazırdır.

Sportlife.az xəbər verir ki, bu barədə "RB Sport" nəşri məlumat yayıb. İddiaya görə Kadi Borqes “Krasnodar”da 1,7 milyon avro qazanır. Eyni zamanda, futbolçu avrokuboklarda oynamaq istədiyi üçün transferə hazırdır.

"Krasnodar" sərfəli təklif gələrsə, yarımmüdafiəçini satmağı düşünməyə hazırdır.

Borqes 2023-cü ilin əvvəlində "Krasnodar"a keçib. Ümumilikdə o, "qara-yaşıllar"ın heyətində 37 oyun keçirib, 7 qol vurub, 3 məhsuldar ötürmə edib.


Paylaş: