Kadinin durumu bəlli oldu

  • 9 Aprel 2025, 13:35

Azərbaycan Premyer Liqasının XXIX turunun “Zirə” ilə oyununda (1:0) zədələnərək meydanı vaxtından əvvəl tərk edən “Qarabağ”ın legioneri Kadinin durumu bəlli olub.

Sportlife.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçinin zədəsinin ciddi olmadığı üzə çıxıb. Kadi bu gün məşqlərə qoşulacaq.

Onun XXX turda “Səbail”lə görüşdə meydana çıxmaq ehtimalı yüksəkdir.


Paylaş: