
Klopp məşqçilik üçün darıxır
Yurgen Klopp Braziliya millisini və ya Real Madridi çalışdıra bilər.
Sportlife.az xəbər verir ki, almaniyalı mütəxəssis "Red Bull"da qlobal futbol rəhbəri postunda özünü çox yorğun hiss edir. Onun məşqçilik fəaliyyətini bərpa etmək variantlarını nəzərdən keçirməyə hazır olduğu bildirilib.
Qeyd edək ki, Klopp “Maynts”, “Borussiya” və “Liverpul”da çalışıb.