Kadi azarkeşlərə çağırış etdi

  • 17 Aprel 2025, 13:57

"Qarabağ"ın futbolçusu Kadi Borges Premyer Liqanın XXXI turunun "Neftçi" ilə oyunundan əvvəl azarkeşlərə müraciət edib.

Sportlife.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi prinsipial matç öncəsi fanatlardan dəstək istəyib:

"Kadi sizi salamlayır. Qarşıdakı oyuna gəlib, bizi dəstəkləyəcəyinizi gözləyirik. Çünki siz bizim üçün çox önəmlisiniz. Siz bizi stadiondan dəstəkləyəndə, inanılmaz dərəcədə fərq hiss edirik. Oyuna gəlin, birlikdə qələbə qazanaq".

Qeyd edək ki, aprelin 19-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.


Paylaş: