Kasilyasın rekordu təkrarlandı

  • 17 Aprel 2025, 12:10

"Real Madrid" Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda evdə "Arsenal"a 1:2 hesabı ilə uduzub.

Sportlife.az xəbər verir ki, bu görüş Madrid təmsilçisinin futbolçusu Cud Bellingem üçün Avropanın ən nüfuzlu klub turnirində 47-ci olub.

O, Çempionlar Liqasında 22 yaşa qədər oyunçular arasında matç sayına görə "Real Madrid"in keçmiş qapıçısı İker Kasilyasın rekordunu təkrarlayıb.


Paylaş: