”Kəpəz” növbəti mövsüm bu stadionda çıxış edəcək

  • 16 İyul 2024, 15:50

"Kəpəz"in Azərbaycan Premyer Liqasının 2024/2025 mövsümündə ev oyunlarını keçirəcəyi məkan bəlli olub.

Sportlife.az xəbər verir ki, Adil Şükürovun rəhbərlik etdiyi kollektiv rəqiblərini Tovuz şəhər stadionunda qəbul edəcək. Bu barədə PFL-in prezidentinin səlahiyyətlərini icra edən Elgiz Abbasov məlumat verib.

Qeyd edək ki, "Kəpəz"in ev oyunlarını keçirdiyi Gəncə şəhər stadionu yenidən qurulur.


Paylaş: