“Qarabağ” Avropa Liqası üçün heyətini açıqladı

  • 5 Sentyabr 2024, 10:20

“Qarabağ” Avropa Liqasının Liqa mərhələsi üçün iştirak ərizəsini UEFA-ya göndərib.

Sportlife.az klubun saytına istinadən xəbər verir ki, yeni formatda keçiriləcək turnirin 8 matçı üçün sifariş vərəqində 24 futbolçu yer alıb.

Qapıçılar: 97. Fabiyan Buntiç, 99. Mateuş Koxalski, 12. Sadiq Məmmədzadə;

Müdafiəçilər: 2. Mateus Silva, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 81. Kevin Medina;

Yarımmüdafiəçilər: 6. Julio Romao, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 20. Riçard Almeyda, 21. Aleksey Kaşuk, 24. Aleksey İsayev, 66. Patrik Andrade;

Hücumçular: 11. Emmanuel Addai, 18. Olavio Juninyo, 22. Musa Qurbanlı, 90. Nəriman Axundzadə.


Paylaş: