“Neftçi” – “Qarabağ” oyunu "Neftçi Arena"da olmayacaq

  • 16 Sentyabr 2024, 21:02

“Neftçi” klubunun ev oyunlarını keçirdiyi “Neftçi Arena”da təmir və yenidənqurma işləri başa çatmadığına görə klub 7-ci turda  “Qarabağ”a qarşı keçirəcəyi ev oyununun məkanının dəyişdirilməsi ilə bağlı Peşəkar Futbol Liqasına rəsmi müraciət edib.

Sportlife.az xəbər verir ki, “Neftçi Arena”da aparılan təmir işlərinin yekunlaşmadığını, “Neftçi” klubunun rəsmi müraciətini, “Qarabağ”  klubunun rəsmi razılığını rəhbər tutan Peşəkar Futbol Liqası aşağıdakı qərarları qəbul edir:

 Misli Premyer  Liqasının 7-ci turunun “Nefçi”  – “Qarabağ” oyunu ilə 15-ci turun “Qarabağ”  – “Neftçi”  oyununun yeri dəyişdirilsin.

7-ci turun “Qarabağ”  – “Neftçi” oyunu 20 sentyabr saat 20:00-da “Azersun Arena”da  oynanılsın.


Paylaş: