Derbinin hakimi bəlli oldu

  • Dünən, 18:37

Türkiyə Süper Liqasında bu həftəsonu "Fənərbağça" - "Qalatasaray" derbisi oynanılacaq.

Sportlife.az Türkiyə Futbol Federasiyasına istinadən xəbər verir ki, derbini hakimi bəlli olub. Bu görüşü Atilla Karaoğlan idarə edəcək. Bu görüş 38 yaşlı referinin karyerasında ilk "Fənərbağça" - "Qalatasaray" görüşü olacaq.

Beş turdan sonra "Qalatasaray" 15 xalla liderdir. "Sarı-lacıvərdlilər" isə 13 xalla ikincidir.


Paylaş: