Pioli “Əl-Nəsr”i çalışdıracaq - RƏSMİ

  • Dünən, 21:17

"Əl-Nəsr" yeni baş məşqçisini açıqlayıb.

Sportlife.az klubun rəsmi sosial media hesabına istinadən xəbər verir ki, ötən gün Luiş Kaştru ilə yolları ayıran Səudiyyə Ərəbistan klubu onun yerinə Stefano Piolini gətirib. 

Piolinin 5 illik "Milan" karyerası bu ilin yayında bitmişdi. O, "qırmızı-qaralar"ı 2021-22 mövsümündə İtaliya çempionu edib.


Paylaş: