"Qarabağ"dan çətin qələbə
Azərbaycan Premyer Liqasının XX turuna start verilib.
Sportlife.az xəbər verir ki, "Qarabağ" Qubada "İmişli" ilə qarşılaşıb.
Quba Olimpiya İdman Kompleksinin stadionunda keçirilən görüşdə Ağdam təmsilçisi qələbə qazanıb - 1:0. Yeganə qolu 79-cu dəqiqədə Musa Qurbanlı İmişli təmsilçisinin qapısından keçirib.
Turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan "Qarabağ" bu nəticədən sonra xallarının sayını 45-ə yüksəldib. "İmişli" isə 19 xalla 9-cudur.
Günün son görüşü Zirə İdman Kompleksinin stadionunda keçiriləcək. "Zirə" "Karvan-Yevlax"ı qəbul edəcək.